Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Cəmiyyət

26.04.2025 09:34

25

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Bu əlamətdar gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 2000-ci ildə təsis edilib. 

TodayPress xəbər verir ki, builki Beynəlxalq Əqli Mülkiyyət Günü “Əqli mülkiyyətin ritmini hiss et” mövzusuna həsr edilib. 

Beynəlxalq Əqli Mülkiyyət Günü Azərbaycanda da qeyd olunur.  Xatırladaq ki, Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmsal hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir.

tag: Əqli Mülkiyyət Günü,Beynəlxalq,Dünya,Cəmiyyət,Todaypress.az,