Maştağada itkin düşən qızları evində gizlədən taksi sürücüsü saxlanıldı-YENİLƏNDİ
Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Araşdırma DİN-in nəzarətinə götürülüb.
***
21:20
Bakıda itkin düşmüş kimi axtarış aparılan şəxslər tapılıb.
Bu barədə todayPress-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.
O deyib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarış aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.
Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.
tag: Bakı, İtkin, DİN, Axtarış, Polis, todaypress.az,