Səyyar ASAN xidmət davam edir.
Səyyar ASAN xidmət 1-15 may tarixində Xızıda, 1-27 may tarixində Astarada, Şirvanda, Şəmkirdə, Xaçmazda, Biləsuvarda, Zərdabda, Ağdaşda, Zaqatalada, 19-27 may tarixində isə Xırdalanda vətəndaşlara xidmət göstərəcək.
Bu barədə TodayPress-ə "ASAN Xidmət"dən məlumat verilib.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Səyyar ASAN xidmət avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.
Qeyd: Hazırda Xızıda Səyyar ASAN xidmətin iş qrafiki saat 11:00-dan 17:00-a qədərdir.
tag: ASAN,Xidmət,Xızı,Səyyar,Todaypress.az,
