Yol qəzasında xəsarət alanların vəziyyəti AÇIQLANDI
25.04.2025-ci il tarixində saat 21:50 radələrində Ağdaş rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (hər biri kişi cinsli) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 1986-cı il təvəllüdlü şəxsə sağ baldır nahiyəsinin yuxarı 1/3 hissəsinin kəsilmiş yarası, sağ budun aşağı 1/3 hissəsinin sıyrılmış yarası, 1991-ci il təvəllüdlü şəxsə sağ sağrı nahiyəsinin yumşaq toxumasının əziyi, 1996-cı il təvvəllüdlü şəxsə alın nahiyəsinin sol yarısının yumşaq toxumasının əziyi və çoxsaylı sıyrılmış yarası, üst göz qapağının kəsilmiş, didilmiş yarası, 1997-ci il təvvəllüdlü şəxsə isə başın və bədənin müxtəlif nahiyələrinin sıyrılmış yarası, bel nahiyəsinin yumşaq toxumasının əziyi diaqnozları təyin edilib.
Onların hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş edildiyindən ambulator müalicə üçün evə buraxılıblar.
tag: TƏBİB,Qəza,Açıqlama,Yaralı,Todaypress.az,