Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Cəmiyyət

27.04.2025 09:19

22

Bəzi yerlərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq yollarda görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 27-də bəzi yerlərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

tag: Yol,Duman,Görünüş,Hidrometeorologiya,todaypress.az,