100 ildən sonra ilk dəfə firon məzarı tapıldı

Dünya

20.02.2025 12:18

1873

Misir-Britaniya birgə missiyası Luksor yaxınlığındakı qədim məqbərənin Kral II Tutmosa aid olduğunu müəyyən edib. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Krallar Vadisinin qərbində yerləşən II Tutmosun məzarı Misirin 18-ci sülaləsinin krallarının sonuncu itmiş məzarıdır və 1922-ci ildə Kral Tutanxamonın məzarından sonra aşkar edilən ilk belə məzardır.

Arxeoloqlar Misiri idarə etmiş olan bir neçə qadından biri olan firon II Tutmosun və onun həyat yoldaşı Hatşepsuta aid məzarın kimə məxsus olmasını oradakı qabların üzərində yazılmış "Tutmos və Hatşepsutun" adları ilə müəyyən ediblər.

Nicat Osman

tag: Misir Piramidaları, Lift, Tədqiqat,Firon,Məzar ,Todaypress.az,