100 milyon dollarlıq sikkə kolleksiyası hərraca çıxarılır

Dünya

30.03.2025 09:55

1198

Dünyanın ən qiymətli sikkə kolleksiyalarından biri hərraca çıxarılır. 

TodayPress “CNN”ə istinadən xəbər verir ki, kolleksiyanın ümumi dəyəri 100 milyon dollardan çox ola bilər.

Satış prosesi növbəti üç il ərzində mərhələli şəkildə həyata keçiriləcək və ilk hərrac mayın 20-nə planlaşdırılıb. Bu kolleksiya indiyədək auksionda təqdim edilən ən bahalı sikkə yığımına çevrilə bilər.

Tarixi əhəmiyyəti və nadirliyi ilə seçilən bu kolleksiyanın ən maraqlı cəhətlərindən biri odur ki, sikkələrin böyük hissəsi 50 ildən artıq müddətdə torpağın altında basdırılmış vəziyyətdə olub. Kolleksiya “Numismatica Ars Classica” hərrac evində satışa çıxarılacaq.

Məlumata görə, naməlum kolleksiyaçı bu hobbi ilə 1929-cu ildəki “Wall Street” birja çöküşündən sonra maraqlanmağa başlayıb. Qızıl sikkələrə sərmayə yatıran şəxs zamanla tarixi, estetik və nadirlik baxımından dəyərli olan sikkələri toplamağa üstünlük verib. Nəticədə onun kolleksiyasında qədim dövrlərdən müasir dövrədək dünyanın 100-dən çox ərazisindən təxminən 15 min ədəd sikkə toplanıb.

Qiymət Mahir

tag: Sikkə,Kolleksiya,Hərrac,Satış,todaypress.az,