13 PKK terrorçusu zərərsizləşdirildi
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında aşkarlanan 13 PKK/YPK terrorçusunu öldürüb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın şimalındakı Hakurk, Qara və Metina bölgələrində aşkarlanan 13 terrorçu öldürülüb.
Məlumatda terrorçulara qarşı əməliyyatın fasiləsiz davam etdiriləcəyi vurğulanıb.
Nicat Osman
tag: Türkiyə ,Silahlı Qüvvələri,İraq,PKK,YPK ,todaypress.az,