130 ölkə ABŞ ilə danışıqlara başlamaq istəyir
ABŞ-yə müraciət edərək gömrük rüsumları ilə bağlı danışıqlar aparmaq istəyən ölkələrin sayı 130-a çatıb.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset deyib.
O bildirib ki, ABŞ bu ölkələr üçün idxal rüsumlarını 10 faizə endirib.
Hasset, eyni zamanda, ABŞ ilə Çin arasında ticarət münaqişələrinin həll prosesinin davam etdiyini, lakin hələ ilkin mərhələdə olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 9 aprel tarixində 185 ölkə və regiondan idxal olunan mallara gömrük rüsumları tətbiq edib.
Türkan İsgəndərli
tag: ABŞ,Rüsum,Ağ Ev,Donald Tramp,todaypress,