15-dən çox ölkə Ağ Evə yeni ticarət sazişi təklifləri təqdim etdi

Dünya

11.04.2025 23:10

16

"15-dən çox ölkə ABŞ-ə yeni ticarət sazişləri ilə bağlı rəsmi təkliflər göndərib"

TodayPress xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karolin Leavitt bildirib.

"ABŞ  ticarət nümayəndəsi Jamieson Greer bu səhər televiziyada çıxışında bildirib ki,  15-dən çox təklif alınıb. Bu, sadəcə bir neçə gün ərzində  çox əla nəticədir. Sizə deyə bilərəm ki, çox yaxşı irəliləyiş əldə olunub" o bildirib.

Onun sözlərinə görə, dünyanın 75-dən çox ölkəsi yeni ticarət sazişləri üzrə danışıqlar aparmaq üçün artıq ABŞ-la əlaqə saxlayıb.

Aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkə və ərazidən gətirilən məhsullara idxal rüsumunun tətbiq ediləcəyini açıqlayıb. 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib. 

Aynur TAC

tag: ABŞ, Ticarət, Rüsum, Ağ Ev, Tramp, Çin, todaypress.az,