18-24 yaşlı ukraynalılar orduya cəlb ediləcək
18-24 yaşlı ukraynalıların Ukrayna Silahlı Qüvvələrin sıralarına cəlb edilməsi üçün xüsusi müqavilə hazırlanır.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, döyüş briqadaları üçün Ukrayna Müdafiə Nazirliyi ilə birlikdə 18-24 yaş arası gənclər üçün müqavilə variantı üzərində çalışılır.
Qeyd edilib ki, bu, orduya könüllü qoşulmaq istəyənlər üçündür.
Eyni zamanda gənclərə çox yüksək maliyyə dəstəyi təklif olunacaq.
Qeyd edək ki, ABŞ-nin əvvəlki administrasiyası Ukraynaya əsgər çatışmazlığını aradan qaldırmaq üçün çağırış yaşını 25-dən aşağı salmaq barədə bir neçə dəfə təklif versə də, Ukrayna prezidenti Volodimir Zelenski bunu qətiyyətlə rədd etdiyini açıqlayıb.
Nicat Osman
tag: ABŞ, Ukraynaya ,Ukrayna Müdafiə Nazirliyi,Döyüş ,Todaypress.az,