20 mindən çox NATO hərbçisi Polşada
Polşanın şimalında yerləşən Gdansk şəhərində 20 mindən çox NATO hərbçisinin, habelə zirehli texnikaların, hava hücumundan müdafiə (HHM) və radioelektron mübarizə (REB) sistemlərinin cəmləşdiyi müşahidə olunub.
TodayPress xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Vitali Kiselev "TASS" agentliyinə açıqlama verib.
Ekspertin sözlərinə görə, hərbi qüvvələrin toplanması yerli gizli mənbələr tərəfindən qeydə alınıb. O bildirib ki, Rumıniyadan Gdansk limanına çoxsaylı texnika karvanları gətirilir və onların tərkibində yeni tanklar, zirehli transportyorlar (BTR) da yer alır.
Kiselev ehtimal edir ki, bu hərbi qruplaşma yaxın zamanda Baltikyanı ölkələrə yönəldilə bilər. Onun fikrincə, bu addım Kalininqrad vilayətinə təzyiq göstərmək və Ukraynada Rusiya tərəfindən aparılan hərbi əməliyyatlara cəlb olunmuş qüvvələrin bir hissəsini həmin bölgəyə yönəltmək məqsədi daşıya bilər. O əlavə edib ki, bu cür hərbi fəallıqlar Rusiya rəhbərliyi tərəfindən cavabsız buraxılmayacaq.
Töhfə Səməd
tag: NATO ,Polşa,Gdansk ,Rumıniya,todaypress.az,