3 Avropa ölkəsi Ukraynaya silah alacaq
Ukrayna Danimarka, Fransa və İtaliya ilə ümumi dəyəri bir milyard avro (1.9 milyard dollar) olan silah təchizatı üzrə müqavilə bağlayıb.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna Baş nazir Denis Şmıqal açıqlama yayıb.
O bildirib ki, ayrılan vəsaitlə bu ölkələr Ukraynanın ehtiyacları üçün silah alacaq və eyni zamanda bu saziş Ukraynanın müdafiə sənayesinin güclənməsinə xidmət edəcək.
Məlumata görə, müqavilə Lvov şəhərində imzalanıb.
Sazişin maliyyələşdirilməsi Rusiyanın dondurulmuş aktivlərindən ayrılan vəsaitlər hesabına həyata keçiriləcək.
Avropa İttifaqının müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius da bu təşəbbüsü dəstəkləyərək bildirib ki, əgər Qərb ölkələri Ukraynaya yardımı yerli istehsal silahların alınmasına yönəltsə, dəstəyin həcmi daha da artacaq.
Türkan İsgəndərli
tag: Ukrayna,Danimarka,Fransa,Yardım,todaypress.az,