3 ölkənin vətəndaşlarının ABŞ-yə girişi məhdudlaşdırıldı

Dünya

15.03.2025 13:15

1734

ABŞ Prezidenti Donald Tramp 43 ölkənin vətəndaşlarının Amerikaya girişinə yeni məhdudiyyətlər tətbiq etməyi düşünür.

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Mənbələrin məlumatına görə, vətəndaşları məhdudiyyətlərə məruz qalma riski ilə üzləşən ölkələrin siyahısını ABŞ Dövlət Departamenti təhlükəsizlik xidmətlərinin nümayəndələri ilə birlikdə hazırlayıb.

Sənədə əsasən, üç kateqoriya ölkələr nəzərdə tutulur: qırmızı, narıncı və sarı. 

Bu markerlər ABŞ-yə girişə qoyulan məhdudiyyətlərin dərəcəsini göstərir.

“Qırmızı” kateqoriyaya daxil olan ölkələrin sakinləri bundan sonra ABŞ-yə giriş icazəsi ala bilməyəcəklər, “narıncı” kateqoriyada olanlara yeni məhdudiyyətlər tətbiq olunacaq, “sarı” kateqoriyadakılara Tramp administrasiyasının müəyyən etdiyi problemləri aradan qaldırmaq üçün 60 gün vaxt veriləcək.

Şərtlər yerinə yetirilməsə, bu ölkələr “narıncı” kateqoriyaya keçəcək.

Vətəndaşlarının ABŞ-yə girişinə yeni məhdudiyyətlər qoyulacaq ölkələrin ilkin siyahısı:

“Qırmızı” - Əfqanıstan, Butan, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela, Yəmən;

“Narıncı” - Belarus, Eritreya, Haiti, Laos, Myanma, Pakistan, Rusiya, Sierra Leone, Cənubi Sudan, Türkmənistan;

“Sarı” - Anqola, Antiqua və Barbuda, Benin, Burkina Faso, Kamboca, Kamerun, Kabo Verde, Çad, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Dominikan, Ekvatorial Qvineya, Qambiya, Liberiya, Malavi, Mali, Mavritaniya, Sent-Kits və Nevis, Sent-Luis, San-Tome və Prinsipi, Vanuatu və Zimbabve.

Bundan əlavə, yeni siyahıya 2021-ci ildə ABŞ qoşunlarını ölkədən çıxardıqdan sonra Talibanın nəzarətinə keçən Əfqanıstan da daxil ola bilər.

tag: ABŞ,Tramp,Ölkə,Məhdudiyyət,Todaypress.az,