3 yaşlı qız bacısını güllələdi

Dünya

26.03.2025 10:42

1719

ABŞ-nin Kanzas ştatında azyaşlı qız evdə tapdığı yüklü tapança ilə kiçik bacısını başından güllələyib.   

TodayPress xəbər verir ki, bu barədə “Mirror” qəzeti məlumat yayıb.   

Hadisə fevralın 28-də Uçita şəhərində Teheda ailəsinin evində baş verib. 

34 yaşlı ata Maykl həmin gün axşam təcili yardım xidmətinə zəng edərək üç yaşlı qızının bir yaşlı bacısını vurduğunu bildirib.

Körpə qız huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. 

Sonradan polisə ifadə verən ata bildirib ki, o, qızları ilə eyni otaqda televiziya izləyirmiş, özü də bir qədər yuxulayıbmış.

Yatmazdan əvvəl isə yüklü tapançanı rəfə qoyubmuş. Təxminən iki saat sonra oyandıqda digər otaqdan güclü bir səs eşidib. Az sonra böyük qızı ağlayaraq yanına qaçıb.

O, oturma otağına keçərək kiçik qızını başından güllə yarası almış vəziyyətdə divanda tapıb.

Ata saxlanılıb və ona qanunsuz silah saxlama da daxil olmaqla bir neçə maddə üzrə ittiham irəli sürülüb. 

Qiymət Mahir

tag: ABŞ,Azyaşlı,Qız,Güllələnmə,Todaypress.az,