300 nəfər dönərdən zəhərləndi
Türkiyədə dönərdən kütləvi zəhərlənmə hadisəsi baş verib.
TodayPress xəbər verir ki, bu barədə "NTV" məlumat yayıb.
Kocaelinin Körfez rayonunda toyuq dönəri yeyən 300 nəfərin halı qəfildən pisləşib.
Onlardan ikisinin vəziyyəti hazırda ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır.
Türkan İsgəndərli
tag: Türkiyə,Kocaeli,Dönər,Zəhərlənmə,Todaypress.az,