43 ölkənin ABŞ-yə girişinə ciddi məhdudiyyətlər qoyulacaq

Dünya

15.03.2025 09:07

1606

ABŞ hakimiyyəti Rusiya və Belarus da daxil olmaqla 43 ölkənin vətəndaşları üçün giriş qaydalarını sərtləşdirməyi planlaşdırır.


TodayPress xəbər verir ki, bu barədə "NYT" öz mənbələrinə istinadən məlumat yayıb.


Məlumata görə, Vaşinqton sərhədlərini ruslar və belaruslar üçün tamamilə bağlamayacaq, ancaq bizneslə bağlı işlər üçün ABŞ-yə səfər edən zəngin sahibkarlar viza ala biləcəklər.


ABŞ hökumətindəki mənbələr xəbər verir ki, Rusiya və Belarusdan gələn turistlər və miqrantlar çox güman ki, imtina ilə üzləşəcəklər.


ABŞ-yə yeni giriş qaydaları bundan başqa daha 41 ölkəyə təsir edəcək. Dövlət Departamentinin bu ölkələri üç kateqoriyaya bölməyi təklif etdiyi bildirilir.


Birinci qrupa daxil olan ölkələrin vətəndaşlarına ABŞ sərhədini keçmək qadağan ediləcək. Bunlara Əfqanıstan, Butan, Venesuela, İran, Yəmən, Şimali Koreya, Kuba, Liviya, Suriya, Somali və Sudan daxildir.

 

İkinci kateqoriya üçün ABŞ-yə səfərlə bağlı məhdudiyyətlər nəzərdə tutulur. Söhbət Rusiya və Belarusla yanaşı Haiti, Laos, Myanma, Pakistan, Syerra-Leone, Türkmənistan, Eritreya və Cənubi Sudanın da daxil olduğu 10 ölkədən gedir.


Üçüncü qrupa isə vətəndaşları haqqında məlumatın yetərli olmadığı və bunun

 

üçün ABŞ-yə girişi ya qismən, ya da tam qadağan edilməsi tələb olunan ölkələr daxildir. Bunlar Anqola, Antiqua və Barbuda, Benin, Burkina Faso, Vanuatu, Qambiya, Dominikan Respublikası, DR Konqo, Zimbabve, Kabo-Verde, Kamboca, Kamerun, Konqo, Liberiya, Mavritaniya, Malavi, Mali, Sao Tome və Prinsipi, Sent-Kits və Nevis, Sent Lüsiya, Çad və Ekvatorial Qvineya kimi ölkələrdir.

 

Məlumatda bildirilir ki, təqdim olunan ölkələrin siyahısı və onların qruplara bölünməsi Dövlət Departamenti tərəfindən bir neçə həftə əvvəl hazırlanıb və bu siyahılarda dəyişiklik edilməsi mümkündür.

 

tag: VISA, Bakı, Qadağa,ABŞ, Vətəndaş,Rusiya, Belarus, todaypress.az,