47 milyon dollarlıq neft gəlirinə həbs qoyulur
ABŞ hökuməti 2024-cü ildə təxminən 1 milyon barrel neftin satışından əldə edilmiş 47 milyon dolların müsadirəsi ilə bağlı vətəndaş iddiası qaldırıb.
TodayPress “Bloomberg”ə istinadən xəbər verir ki, sözügedən neftin İrandan gətirildiyi ehtimal olunur və o, Xorvatiyada saxlanılıb.
ABŞ prokurorluğunun açıqladığı sənədlərə əsasən, 2022–2024-cü illər arasında İranın “İslam İnqilabı Keşikçiləri Korpusu” (SEPAH) və onun “Qüds” qüvvələrinin maraqlarına xidmət edən bir sxem həyata keçirilib.
Bu struktur ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınır.
İddialara görə, vasitəçilər İran neftini Malayziya mənşəli kimi göstəriblər və neft tankerlərinin avtomatik identifikasiya sistemlərini manipulyasiya edərək, yükləmənin İranda baş verdiyini gizlətməyə çalışıblar.
Sənədlərdə göstərilir ki, neft Xorvatiyanın Omişal şəhərində yerləşən “Jadranski naftovod” terminalında saxlanılıb. İddia Vaşinqtonun Kolumbiya Dairə Məhkəməsinə təqdim olunub.
Qiymət Mahir
tag: ABŞ,Neft,İran,Xorvatiya,Todaypress.az,