5 ölkə Ukrayna torpaqlarını ələ keçirmək istəyir
Ukraynalı siyasətçi Viktor Medvedçuk Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstanın Ukrayna torpaqlarını ilhaq etmək istədiklərini deyib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Məlumdur ki, Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstan kimi Avropa Birliyinin ölkələri uzun müddətdir ki, süni şəkildə müasir Ukraynaya daxil edilən ayrı-ayrı Ukrayna torpaqlarının ilhaqı ideyasını irəli sürürlər. Bu ölkələrin siyasətçiləri tarixi əsası və məqsədəuyğunluğu olan bu ideyaları öz hökumətlərinə həyata keçirməyi dəfələrlə dilə gətiriblər və hətta qəti şəkildə tövsiyə ediblər” deyə Medvedçuk qeyd edib.
Nicat Osman
tag: Ukrayna,Viktor Medvedçuk,Polşa,Macarıstan,Slovakiya,Rumıniya,Bolqarıstan,todaypress.az,