50-dən çox ölkə ABŞ-nin idxal rüsumlarının ləğvi üçün müraciət etdi

Dünya

07.04.2025 03:21

16

Amerika Birləşmiş Ştatlar artıq 50-dən çox ölkədən idxal rüsumlarının azaldılması və ya ləğvi ilə bağlı danışıqlara başlamaq üçün müraciətlər alıb.

TodayPress xəbər verir ki, bu barədə ABŞ Milli İqtisadi Şurasının direktoru Kevin Hassett bildirib

"Dünən gecə ABŞ Ticarət Nümayəndəliyindən bir hesabat aldım ki, 50-dən çox ölkə danışıqlara başlamaq üçün prezidentlə əlaqə saxlayıb” director vurğulayıb.

Aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumları tətbiq edib. Rusiya bu siyahıda yoxdur. Bundan əlavə, ABŞ administrasiyası aprelin 3-dən idxal edilən bütün avtomobillərə 25% gömrük rüsumları tətbiq edib.

Aynur TAC

 

tag: ABŞ, Rüsum, Ağ Ev, Ləğv, Tramp, Rusiya, İdxal, todaypress.az,