757 hərbçinin meyiti Ukraynaya qaytarıldı
Həlak olan daha 757 hərbçinin meyiti Ukraynaya qaytarılıb.
TodayPress xəbər verir ki, bu barədə Ukraynanın hərbi əsirlərin problemləri üzrə koordinasiya qərargahı məlumat verib.
Məlum olub ki, onlardan 451-i Donetsk, 137-si Zaporojye, 51-i Uqledarski, 71-i Baxmutdan, 34-ü Rusiyadakı morqlardan, 13-ü isə Luqansk istiqamətindən Ukrayna tərəfinə təhvil verilib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında sonuncu cəsəd mübadiləsi dekabr ayında baş tutub.
Nicat Osman
tag: Ukrayna,Meyit,Hərbçi,Rusiya,Müharibə,Todaypress.az,