9 mindən çox əfqan qaçqın VƏTƏNƏ QAYITDI
Əfqanıstanın Qaçqınların Qayıdışı üzrə Yüksək Komissiyasının yaydığı məlumata görə, mayın 7-i və 8-də ümumilikdə 9113 əfqan qaçqın qonşu İran və Pakistandan vətənə qayıdıb.
TodayPress xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına əsasən, aprel ayında Pakistan və İrandan 250 mindən çox əfqan qaçqın ölkələrinə geri qayıdıb.
Hazırda isə təxminən 7 milyon əfqan qaçqın xarici ölkələrdə, xüsusilə İran və Pakistanda yaşayır.
Qaçqınların geri dönüşü ilə bağlı prosesin gələcək mərhələlərdə də davam edəcəyi gözlənilir.
Töhfə Səməd
tag: Əfqanıstan,Qaçqınların Qayıdışı üzrə Yüksək Komissiya,UNHCR,İran ,Pakistan,todaypress.az,