909 əsgərin cəsədi Ukraynaya qaytarıldı

Dünya

28.03.2025 18:03

1459

Ukrayna Rusiyada həlak olan 909 əsgərinin cəsədini qaytarıb.   

TodayPress xəbər verir ki, bu barədə Ukrayna Hərbi Əsirlərlə Müalicə üzrə Koordinasiya Qərargahı məlumat yayıb.   

Həmin əsgərlərin Kuraxovski, Pokrovski, Baxmut, Ugledar, Luqansk, Zaparojya istiqamətində həlak olduğu bildirilir.   

Ukrayna Hərbi Əsirlərlə Müalicə üzrə Koordinasiya Qərargahı ukraynalı müdafiəçilərin cəsədlərinin qaytarılmasında göstərdiyi köməyə görə Beynəlxalq Qızıl Xaç Komitəsinə təşəkkür edib. 

Türkan İsgəndərli

tag: Rusiya,Ukrayna,CəsəMÜbadilə,Todaypress.az,