Abbas .Əraqçı: "Məktub mübadiləsindən sonra ABŞ ilə danışıqlar olmadı"
İranın xarici işlər naziri Abbas Əraqçi
Prezident Donald Trampın məktubuna ölkəsinin cavabını aldıqdan sonra Tehran və
Vaşinqtonun hələ danışıqlar aparmadığını bildirib.
TodayPress xəbər verir ki, bunu Abbas .Əraqçı İran
parlamentinin xəbər agentliyinə müsahibəsində deyib.
"Biz öz nöqteyi-nəzərimizi bildirdik, ona görə də
diplomatiyaya və danışıqlar yoluna sadiqik, ancaq dolayı yolla gedirik.
Əlbəttə, etiraf etmək lazımdır ki, indiyədək danışıqların bir mərhələsi də
olmayıb" o qeyd edib.
tag: İran, XİN, ABŞ, Abbas Əraqçi, Parlament, Tehran, Vaşinqton, todaypress.az,