ABŞ 1 sentlik sikkələrin buraxılışını dayandırır

Dünya

10.02.2025 19:00

1559

ABŞ Prezidenti Donald Tramp yüksək istehsal xərcləri səbəbindən 1 sentlik sikkələrin buraxılmasının dayandırılması üçün maliyyə nazirliyinə göstəriş verdiyini bildirib.

TodayPress xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında yazıb.

“ABŞ uzun müddətdir ki, hər biri bizə 2 sentdən çox başa gələn 1 sentlik sikkələr buraxır. Bu, israfçılıqdır! ABŞ Maliyyə nazirinə yeni 1 sentlik sikkələrin buraxılışını dayandırmağı tapşırdım” deyə Tramp yazıb. O, büdcə vəsaitlərinin səmərəsiz istifadəsinə son qoymağın vacibliyini vurğulayıb.

Amerika hökumətinin effektivliyini artırmaq üçün İlon Maskın rəhbərlik etdiyi departament isə 21 yanvar tarixində “X” sosial şəbəkəsində paylaşım edərək, 1 sentlik sikkənin istehsalının 3 sentdən baha başa gəldiyini açıqlamışdı. Məlumata görə, 2023-cü maliyyə ilində ölkədə 4,5 milyarddan çox belə sikkə buraxılıb ki, bu da Amerika vergi ödəyicilərinə 179 milyon dollara başa gəlib.

Qiymət Mahir

tag: ABŞ,Donald Tramp ,ABŞ Maliyyə naziri,1 sentlik sikkə,todaypress.az,