ABŞ 18 ölkə ilə tarifləri müzakirə edəcək

Dünya

26.04.2025 15:19

11

ABŞ 18 ölkə ilə tariflər məsələsində ticarət danışıqları planı hazırlayıb.

TodayPress xəbər verir ki, bu barədə Amerika rəsmilərinə istinadən "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

“Rəsmilər ABŞ-nin Ticarət Nümayəndəliyi tərəfindən hazırlanmış və danışıqlar üçün geniş kateqoriyalar təqdim edən çərçivədən istifadə etməyi planlaşdırır” nəşr yazır.

Danışıqlar tariflər və kvotaları, ABŞ istehsalı olan mallara dair qaydalar kimi ticarətdəki qeyri-tarif maneələri, rəqəmsal ticarət, mənşə qaydaları, iqtisadi təhlükəsizlik və digər kommersiya məsələlərini əhatə edəcək.

Nəşr qeyd edir ki , Meksika, Kanada və Vaşinqtonun ən sərt tədbirlərinin hədəfinə çevrilmiş Çin çətin ki, müzakirələrdə iştirak etsin.

Töhfə Səməd

tag: ABŞ ,Amerika ,Tarif,Çin,Ticarət,todaypress.az,