ABŞ 2 neft şirkətinin Venesueladakı fəaliyyətini dayandırdı

Dünya

29.03.2025 18:47

1312

ABŞ prezidenti Donald Trampın administrasiyası “Global Oil Terminals” neft şirkətindən Venesueladakı bütün maliyyə əməliyyatlarına son qoymağı və bu ölkədə biznes fəaliyyətini dayandırmağı tələb edib. 

TodayPress xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb. 

Bununla bağlı “Global Oil Terminals"a məktub göndərilib.

Məktubda bildirilib ki, ABŞ Maliyyə Nazirliyinin tələbinə görə, Venesuela qurumlarına bütün ödənişlər 2 aprelə qədər tamamlanmalıdır.

Qeyd edək ki, Amerika administrasiyası həmçinin bu yaxınlarda "Chevron" neft-qaz korporasiyasına oxşar bildiriş göndərib. 

Türkan İsgəndərli

tag: ABŞ,Neft,Venezuela,Dayanma,Todaypress.az,