ABŞ 2000-dən çox erməni vətəndaşını deportasiya edəcək

Dünya

04.03.2025 15:20

1554

ABŞ hökuməti 2000-dən çox erməni vətəndaşını ölkədən deportasiya etməyi planlaşdırır.   

TodayPress xəbər verir ki, bu barədə Ermənistanın Diaspora İşləri üzrə baş səlahiyyətlisi Zare Sinanyan mətbuat konfransında bildirib. 

“Bu şəxsləri diaspora adlandırmaq düzgün deyil. Onlar sadəcə ABŞ-də yaşamaq üçün hüquqi əsası olmayan Ermənistan vətəndaşlarıdır. Söhbət 2000-dən çox insanın deportasiyasından gedir” deyə o, qeyd edib. 

Sinanyan əlavə edib ki, real rəqəm daha yüksək ola bilər:  “Bu, sadəcə ilk dalğadır. Artıq deportasiya edilənlərin sayı barədə isə dəqiq məlumat yoxdur” deyə o, vurğulayıb. 

Qiymət Mahir

tag: ABŞ,Erməni,Deportasiya,Ermənistan,Todaypress.az,