ABŞ 300-600 milyard dollar gəlir əldə edə bilər
ABŞ maliyyə naziri Skott Bessent prezident Donald Trampın təşəbbüsü ilə tətbiq olunan gömrük rüsumlarının dövlət büdcəsinə hər il 300-600 milyard dollar arasında gəlir gətirə biləcəyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə nazir “Fox News”un jurnalisti Taker Karlsona verdiyi müsahibəsində danışıb.
“Bu rəqəm illik 300-600 milyard dollar aralığında ola bilərmi? Əlbəttə” deyə Bessent bildirib və əlavə edib ki, bu məbləğ ABŞ üçün “əhəmiyyətli gəlir mənbəyidir”.
Qeyd edək ki, Tramp administrasiyası Avropa İttifaqı, Çin və digər ölkələrdən idxal olunan məhsullara yüksək gömrük tarifləri tətbiq etməklə proteksionist ticarət siyasəti yürüdür.
Bu siyasətin məqsədi ölkənin ticarət balansını yaxşılaşdırmaq və daxili istehsalı stimullaşdırmaqdır.
Lakin iqtisadçılar xəbərdarlıq edirlər ki, bu cür rüsumlar beynəlxalq ticarətdə gərginliyi artıraraq qlobal iqtisadi artıma mənfi təsir göstərə bilər.
Çin və Avropa İttifaqı artıq cavab tədbirləri üzərində işlədiklərini bəyan ediblər.
Qiymət Mahir
tag: ABŞ,Milyard,Dollar,Gəlir,Todaypress.az,