ABŞ Aİ-yə qarşı tariflərini saxlayacaq
Vaşinqton Amerika şirkətlərini və bizneslərini ABŞ-yə qaytarmaq məqsədi ilə Brüssellə ticarət danışıqlarından sonra belə Avropa İttifaqından (Aİ) gələn mallara əsas gömrük tariflərini saxlamaq niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə "The Financial Times" (FT) avropalı diplomatlara istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ Aİ-yə tariflərin azaldılması ehtimalı ilə bağlı heç bir qeyd-şərt qoymadan ABŞ-nin bəzi tariflərinin iki tərəf arasında aparılan danışıqlardan sonra belə qüvvədə qalacağını deyib.
“Amerika tərəfi Vaşinqtonun tarifləri müəyyən səviyyədə saxlayacağını açıq şəkildə bildirib” deyə əlavə olunub.
Tərəflərin müzakirələrində ABŞ prezidenti Donald Trampın Aİ mallarına cavab rüsumları deyilən tariflər, eləcə də polad, alüminium və avtomobil idxalına tətbiq etdiyi 25%-lik rüsumlar müzakirə olunub.
Töhfə Səməd
tag: ABŞ,Avropa İttifaqı,Tariflər,Tətbiq,Todaypress.az,