ABŞ Avropadan qoşunlarını çıxara bilər

Dünya

08.04.2025 15:02

18

ABŞ Müdafiə Nazirliyi Şərqi Avropadan 10 minədək hərbçinin çıxarılmasını nəzərdən keçirir. 

TodayPress xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.   

Bildirilir ki, ABŞ-nin əvvəlki administrasiyası tərəfindən Ukrayna ilə həmsərhəd ölkələrə göndərilən 20 minə yaxın hərbçinin geri çağırılması planı, Donald Trampın hakimiyyətə qayıtmasından sonra daha çox diqqət mərkəzindədir.   

Avropa İttifaqı və Baltikyanı ölkələr, Polşa, Rumıniya və Kosovodakı ABŞ qüvvələrinin çıxarılmasından narahatdırlar.

Bu narahatlıq, Trampın Rusiyayla danışıqlarda güzəştə getməsi və bu addımların regionu təhlükəyə ata biləcəyi ehtimalı ilə bağlıdır. 

Bildirilir ki, bu, NATO-nun müdafiə gücünü zəiflədə və Aİ-ni Rusiyayla təkbətək buraxa bilər.   

Qeyd edək ki, Tramp, ABŞ qüvvələrinin 35 min əsgərini Almaniyadan Macarıstana köçürməyi də düşünür. 

Türkan İsgəndərli

tag: ABŞ,Şərqi Avropa,Ordu,Tramp,Todaypress.az,