ABŞ “Azadlıq Radiosu”na maliyyənin bir hissəsini ödədi
ABŞ-nin Qlobal Media Agentliyi (USAGM) Konqres tərəfindən ayrılmış vəsaitin bir hissəsini “Azadlıq Radiosu / Azad Avropa Radiosu” (RFE/RL) media korporasiyasına ödəməyə razılaşıb.
TodayPress xəbər verir ki, bu barədə məlumat “Azadlıq Radiosu”nun yaydığı bəyanatda yer alıb.
Qeyd olunub ki, USAGM-in bu qərarı martın 24-də – korporasiyanın agentlik rəhbərliyinə qarşı açdığı məhkəmə iddiası üzrə iclas ərəfəsində məlum olub.
Media qurumu 1–14 mart tarixlərini əhatə edən dövr üçün 7,46 milyon ABŞ dolları məbləğində vəsait alıb.
Bu vəsaitin 26 martadək tam şəkildə köçürülməsi nəzərdə tutulur.
Qiymət Mahir
tag: ABŞ,Azadlıq Radiosu,MAliyyə,ÖDəniş,Todaypress.az,