ABŞ Baş Qərargah rəisi işdən çıxarıldı
Amerika prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braunu vəzifəsindən azad edib.
TodayPress xəbər verir ki, Tramp bu barədə özünün "Truth" sosial şəbəkəsində məlumat verib.
Məlumata görə, Ağ Ev rəhbəri generala 40 ildən artıq xidmətinə görə təşəkkür edib.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Den Razin Keynin bu vəzifəyə namizədliyi irəli sürülüb.
Nicat Osman
tag: ABŞ,Tramp,General,Baş Qərargah,Todaypress.az,