ABŞ Belarusa qarşı sanksiyaları yumuşalda bilər

Dünya

16.02.2025 09:40

2442

ABŞ əvvəllər Belarusa qarşı tətbiq etdiyi sanksiyaları yumşaltmağa hazırlaşır. Vaşinqtonda Minsk ilə “böyük saziş” bağlamaq üçün hazırlıqlar aparılır. 

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

“ABŞ-nin dövlət katibinin müavini Kristofer Smit cümə axşamı Vilnüsdə avropalı diplomatlarla danışıqlar zamanı Minsk ilə böyük sazişin hazırlanmasına işarə edib” nəşr qeyd edir. 

Məlumata görə, informasiya görüşdə iştirak edən bir neçə şəxs tərəfindən təsdiqlənib.

Qiymət Mahir

tag: ABŞ,Belarus,Sanksiya,Dünya,todaypress.az,