ABŞ bir ay ərzində mövqeyini açıqlayacaq
ABŞ hökuməti qarşıdakı bir ay ərzində İordan çayının qərb sahilinin mülkiyyəti ilə bağlı mövqeyini açıqlayacaq.
TodayPress xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra birgə mətbuat konfransı zamanı deyib.
“Bunu sizin (İsrail) nümayəndələrinizlə müzakirə edirik. Hələ bu barədə mövqe tutmamışıq. Amma mövzu ilə bağlı növbəti bir ay ərzində açıqlama verəcəyik” deyə Tramp Vaşinqtonun İsrailin bu ərazilər üzərində suverenliyini tanıyıb-tanımaması sualına cavab verib.
Qiymət Mahir
tag: Ağ Ev,Tramp,Qərb,Vaşinqton,İsrail,Todaypress.az,