ABŞ bir neçə həftəyə atəşkəsə nail olmaq istəyir
ABŞ rəsmiləri Ukraynada hərbi əməliyyatların tamamilə dayandırılması üçün bir neçə həftə ərzində nəticə əldə etməyə çalışır.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, bu təşəbbüs sülh prosesinin yenidən canlandırılması istiqamətində irəli sürülüb və Vaşinqton yaxın zamanda ciddi irəliləyiş gözləyir.
Aprelin 17-də Parisdə ABŞ, Avropa İttifaqı, Britaniya və Ukrayna nümayəndələrinin iştirakı ilə müxtəlif formatlarda danışıqlar keçirilib.
Fransanın rəsmi dairələri görüşləri “məhsuldar və konstruktiv” adlandırıb. Prezident Emmanuel Makron isə bildirib ki, Avropa liderləri sülhə nail olmaq üçün səyləri ikiqat artıracaq.
ABŞ Dövlət Departamenti tərəflərə “dayanıqlı və uzunmüddətli sülhün konturlarını” təqdim edib.
Rusiya tərəfi də bu formatda ABŞ ilə təmasların davam etdirilməsinə hazır olduğunu açıqlayıb.
Qiymət Mahir
tag: ABŞ,Rusiya,Ukrayna,Atəşkəs,Todaypress.az,