ABŞ bir sıra ölkələrdəki konsulluqlarını bağlamaq istəyir
ABŞ prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin xərclərini azaltmaq üçün ölkənin bir neçə konsulluğunu bağlaya bilər.
TodayPress xəbər verir ki, bu barədə “NBC” məlumat yayıb.
Məlumatda bildirilib ki, ABŞ, Kanada, Meksika, Almaniya, Fransa və Sakit okean adalarında yerləşən konsulluqları bağlamaq istəyir.
Trampın bu təşəbbüslə tanış olduğu, lakin planın keçirilmə vaxtı ilə bağlı qərarın qəbul edilmədiyi vurğulanıb.
Qeyd edək ki, Trampın 20 yanvar tarixində keçirilən inauqurasiyasından sonra, milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi İdarəsi (DOGE) ABŞ büdcəsinin xərclərinin genişmiqyaslı yoxlanışına başlayıb.
Nicat Osman
tag: ABŞ,Konsulluq,DOGE,İlon Mask,