ABŞ BMT-dən çıxa bilər

Dünya

09.02.2025 18:00

1998

"ABŞ Birləşmiş Millətlər Təşkilatından (BMT) çıxmayacaq, çünki bu, Ağ Ev rəhbərliyi üçün sərfəli deyil". 

TodayPress xəbər verir ki, bunu rusiyalı ekspertlər qrupu bildirib. 

“ABŞ-nin BMT-dən çıxması mümkündürmü? Təbii ki, yox. Çünki Ağ Evdə Donald Trampa bunu etməyə icazə verilməyəcək. Axı ABŞ BMT-nin baş qərargahının yerləşdiyi yerdən siyasi məqsədlər üçün istifadə etməkdə kifayət qədər uğurludur” deyə onlar vurğulayıblar.

Ekspertlərin sözlərinə görə, SSRİ rəhbərliyi ABŞ prezidenti Franklin Ruzvelti Yalta konfransında yerləşdirərkən səhvə yol verib. Daha sonra Amerika prezidenti BMT-nin mənzil-qərargahının Nyu-Yorkda yerləşdirilməsini təklif edib. Bununla da indi amerikalılar başqa ölkələrə təzyiq göstərir və müxtəlif düşmənçilik hərəkətlərinə əl atırlar.

Töhfə Səməd 

tag: ABŞ ,BMT,Ağ Ev,Donald Trampa,SSRİ ,todaypress.az,