ABŞ BMT-nin iqlim üzrə görüşlərində iştirak etməyəcək

Dünya

22.02.2025 06:00

2017

ABŞ BMT-nin iqlim dəyişiklikləri məsələləri üzrə əsas görüşlərində iştirakını dayandırır.

TodayPress xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadla məlumat paylaşıb.

"Prezident Donald Trampın Administrasiyası amerikalı alimlərin BMT-nin iqlim dəyişiklikləri üzrə əsas qiymətləndirmələrdə iştirakını dayandırıb. Bu o deməkdir ki, ABŞ İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun başlıca plenar iclasında iştirak etməyəcək" deyə agentliyin məlumatında bildirilir.

Qeyd edək ki, sözügedən iclas fevralın 24-28-də Çində baş tutacaq.

Xatırladaq ki, Tramp prezident vəzifəsinə başladıqdan bir neçə saat sonra Birləşmiş Ştatları Paris İqlim Sazişindən çıxarıb.

 

tag: Tramp, Paris,BMT, İqlim, Agentlik, todaypress.az,