ABŞ BMT-nin Qida Proqramını maliyyələşdirməyi dayandırdı

Dünya

07.02.2025 14:30

2086

ABŞ hakimiyyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının maliyyə yardımını dayandırmaq qərarına gəlib. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məqalədə bildirilir ki, Vaşinqton BMT-nin Qida Proqramından ABŞ-nin maliyyələşdirdiyi onlarla qrantın dayandırılmasını tələb edib.

Məlumata görə, dayandırılan layihələr, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən bağlanmağa hazırlanan layihələrdir və Yəmən, Sudan, Cənubi Sudan, Haiti, Mali və Demokratik Konqo Respublikası (DCR) kimi ölkələrə qida yardımını təmin edir.

Qiymət Mahir

tag: ABŞ,BMT,Ərzaq proqramı,Tramp,Todaypress.az,