ABŞ BMT-yə qətnamə təklif edəcək

Dünya

22.02.2025 13:30

1291

ABŞ Dövlət katibi Marko Rubio fevralın 24-də Ukraynadakı münaqişənin nizamlanmasına dair BMT Baş Assambleyasına qətnamə layihəsi təqdim edəcəyini deyib.

TodayPress xəbər verir ki, o, özünün X sosial şəbəkə hesabında məlumat verib.

Bildirilib ki, Vaşinqton BMT-yə qətnamə təklif edəcək və bütün üzv ölkələr onu dəstəkləməlidir.

Sənədin detalları açıqlanmayıb.

Nicat Osman

tag: ABŞ,Marko Rubio,Ukrayna,BMT,todaypress.az,