ABŞ bu gündən Kanada və Meksika mallarına rüsumlar tətbiq edəcək
ABŞ administrasiyası martın 4-dən Kanada və
Meksikadan idxal olunan məhsullara 25 %-lik gömrük rüsumları tətbiq edəcək.
TodayPress xəbər verir ki, bunu ABŞ Prezidenti Donald
Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Çox vacibdir ki, sabah Kanadaya 25 %, Meksikaya isə
25 % tariflər tətbiq olunacaq və bu, hələ başlanğıcdır. Ona görə də onlar
tarifləri ödəməli olacaqlar. Açığı, onların yeganə variantı ABŞ-də öz avtomobil
zavodlarını və digər obyektlərini tikməkdir, bu halda onların tarifləri
olmayacaq" dövlət başçısı bununla bağlı yayılan xəbərləri təsdiqləyib.
tag: ABŞ, Kanada, Meksika, Gömrük, Tramp, todaypress.az,