ABŞ çağırış etdi: "Ya özünüz gedin, ya da..."

Dünya

03.04.2025 16:46

2967

ABŞ-nin bir çox ölkələrdəki nümayəndəlikləri qeyri-qanuni miqrantlara çağırış edib. 

TodayPress xəbər verir ki, mesajda deyilir: 

"Qeyri-qanuni miqrantların nəzərinə! “CBP Home” tətbiqini artıq yükləyə bilərsiniz. Ya asan yolu seçib özünüz gedin, ya da çətinə salınaraq deportasiya olunun!". 

Qeyd edək ki, müvafiq tətbiq martın 11-də ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi İdarəsi tərəfindən hazırlanıb, istifadəyə verilib. 

ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem isə "CBP Home" tətbiqinin miqrantlara gələcəkdə qanuni yolla ABŞ-yə qayıtmaq şansı verdiyini açıqlayıb. 

Töhfə Səməd

tag: ABŞ,Miqrantlar,CBP HOME,Tətbiq,Mesaj,Todaypress.az,