ABŞ Cənubi Koreyada təyyarələrini yerləşdirəcək

Dünya

27.04.2025 13:17

14

ABŞ Cənubi Koreyada F-35A təyyarələrini daimi olaraq yerləşdirməyi nəzərdən keçirir.

TodayPress xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Bildirilir ki, hazırda amerikalı hərbçilərin Kunsan aviabazasında bu təyyarələrin daimi yerləşdirilməsi planlaşdırılır. F-35A təyyarələri "stealth" texnologiyası sayəsində düşmən ərazisinə aşkar olunmadan nüfuz edə bilir.

İlk mərhələdə təxminən 20 təyyarədən ibarət bir eskadrilya yerləşdiriləcək, sonrakı mərhələlərdə isə rotasiya əsasında əlavə eskadrilyalar olacaq. 

Türkan İsgəndərli

tag: ABŞ,Koreya,Təyyarə,Ordu,todaypress.az,