ABŞ Cənubi Sudan vətəndaşlarının vizalarını ləğv edir
ABŞ Dövlət Departamenti Cənubi Sudan hökumətinin vətəndaşlarının vizalarının ləğvi üçün hazırlıqlara başlayıb.
TodayPress xəbər verir ki, bu barədə təlimatı Dövlət katibi Marko Rubio verib.
Onun sözlərinə görə, immiqrasiya qanunlarının tətbiqi ABŞ-nin milli təhlükəsizliyi və ictimai təhlükəsizliyi üçün çox vacibdir.
Bildirilib ki, Cənubi Sudan deport edilən vətəndaşlarını vaxtında qəbul etməyib.
Türkan İsgəndərli
tag: ABŞ,Cənubi Sudan,Viza,Deport,todaypress.az,