ABŞ-Çin arasında əlaqələr qopa bilər

Dünya

15.04.2025 12:40

14

“Çinlə razılığa gəlmək başqa ölkələrlə müqayisədə daha çətindir”.

TodayPress xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent “Bloomberg TV”yə müsahibəsində deyib.

Nazir qarşılıqlı idxal tariflərinin artırıldığı bir vaxtda ABŞ ilə Çin arasında ticarət əlaqələrinin tamamilə pozula biləcəyini istisna etməyib.

“Qopma vacib deyil, amma bu baş verə bilər”.

Bessentin sözlərinə görə, Çin həm ABŞ-nin ən böyük iqtisadi və ən ciddi hərbi rəqibidir.

O, əlavə edib ki, Trampın tariflərini “zarafat” kimi qəbul etmək olmaz.

“Bunlar böyük rəqəmlərdir. Hesab edirəm ki, heç kim onların hazırkı səviyyədə qalmasını istəmir” deyə Bessent bildirib.

Qiymət Mahir

tag: ABŞ,Çin,İqtisadiyyat,İdxal,todaypress.az,