ABŞ Çin şirkətlərini fond birjalarından çıxara bilər

Dünya

11.04.2025 17:39

12

ABŞ administrasiyası Çin şirkətlərini ölkənin fond birjalarından delist etmək imkanını nəzərdən keçirir. 

TodayPress xəbər verir ki, Bu barədə “Fox Business” telekanalının müxbiri Çarlz Qasparino məlumat yayıb.

Prezident Donald Trampın administrasiyası Çin şirkətlərinin ABŞ fond bazarından çıxarılması istiqamətində hərəkət edir.

Hazırda Amerika birjalarında “Alibaba”, “Sinopec”, “JD.com” və “NetEase” kimi 300-dən çox Çin şirkətinin səhmləri ticarət olunur.

Son vaxtlar Vaşinqtonla Pekin arasında tarif müharibəsi daha da kəskinləşib.

Tramp aprelin 2-də 185 ölkə və ərazidən idxal edilən məhsullara gömrük rüsumları tətbiq etdiyini açıqlayıb. Çin məhsulları üçün bu rüsumlar 34% səviyyəsində müəyyən olunub.

Cavab olaraq Çin hökuməti aprelin 10-dan ABŞ-dən idxal edilən bütün məhsullara 34%-lik əlavə rüsum tətbiq edəcəyini bəyan edib.

Qiymət Mahir

tag: ABŞ,Çin,Fond,Bazar,İndeks,Məzənnə,Todaypress.az,