ABŞ Çindən COVID-19-a görə 24 milyard dollar tələb edəcək
ABŞ məhkəməsi pandemiyanın başlanğıcında COVID-19-un yayılması ilə bağlı vacib məlumatların gizlədilməsində Çinin günahkar olduğunu qərara alıb. İndi Vaşinqton Pekindən təxminən 24 milyard dollar kompensasiya tələb etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Nəşrin qeyd etdiyinə görə, iş 2020-ci ilin aprelindən etibarən davam edir. Martın 7-də Missuri ştatının Şərqi Dairəsinin Federal Məhkəməsi Pekinin koronavirusun yayılması ilə bağlı məsuliyyətini təsdiqləyib.
Məhkəmə hakimi Stephen Limbo vurğulayıb ki, Pekin yanlış məlumat yayaraq pandemiyanın təhlükəsi və miqyası barədə ictimaiyyəti aldadıb.
Həmçinin, Pekin müdafiə vasitələrinin istehsalında monopoliyanın yaranmasına səbəb olan hərəkətlərdə də günahkar hesab olunub. ABŞ Pekindən təxminən 24 milyard dollar məbləğində kompensasiya tələb etmək niyyətindədir.
Bu, Çin Xalq Respublikasının aktivlərinin müsadirə edilməsi yolu ilə həyata keçiriləcək.
Qiymət Mahir
tag: ABŞ,Çin,Pandemiya,COVİD-19,Todaypress.az,