ABŞ Çinə 245% rüsum tətbiq edə bilər

Dünya

16.04.2025 12:34

11

ABŞ Çindən idxala 245% rüsum tətbiq etməyə hazırdır. 

TodayPress xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, ABŞ-nin tarifləri ilə hədəflənən ölkələrin əksəriyyəti vəziyyəti həll etmək və yeni ticarət müqavilələri bağlamaq üçün danışıqlar aparsa də, Pekin buna razı olmayıb. 

Xatırladaq ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkə üçün idxal rüsumlarının yeni sistemini tətbiq edib.   

Buna cavab olaraq Pekin Amerika əleyhinə tarifləri artırmağa başlayıb.

Nəticədə ABŞ Çinə qarşı tarifləri 145%-ə, Çin isə ABŞ-a qarşı tarifləri 125%-ə qaldırıb.   

Türkan İsgəndərli

tag: ABŞ,Çin,Rüsum,Artım,Todaypress.az,