ABŞ Çini koronavirus məlumatlarını gizlətməkdə günahlandırır
ABŞ-nin Missuri ştatının Şərq dairəsinin federal məhkəməsi Çin hökumətini pandemiyanın başlanğıcında koronavirusun (COVID-19) yayılması ilə bağlı məlumatları gizlətməkdə təqsirli bilib.
TodayPress xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Qeyd olunub ki, bu iş üzrə iddia Missuri Baş Prokurorluğu tərəfindən 2020-ci ilin aprelində məhkəməyə verilib.
Hakim Stephen Limbaugh, Çinin koronavirus pandemiyasının təhlükələri və miqyası barədə dünyanı çaşdırdığı və fərdi qoruyucu vasitələrin (maskalar, əlcəklər və s.) istehsalında inhisarın yaradılmasına səbəb olan manipulyasiyada iştirak etdiyinə qərar verib.
Qərara əsasən Çin ABŞ-yə təqribən 24 milyard dollar ödəməlidir.
Missuri məhkəməsinin qərarı Çin Kommunist Partiyası, yerli hökumətlər və Gigiyena və Sağlamlıq üzrə Dövlət Komissiyasına təsir edib. ABŞ dövlət prokurorluğu iddia əsasında cəriməni ödəmək üçün Çinin aktivlərini müsadirə etməyi planlaşdırır.
Çindən olan nümayəndələr isə məhkəmədə iştirak etməyiblər.
tag: ABŞ,Çin,Korona,Virus,Todaypress.az,